Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yeni tələbə kartlarının istifadəyə verilməsi üzrə memorandum imzalanıb

Avqustun 8-də Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi məqsədilə memorandum imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan üzrə ölkə meneceri, baş direktor Nurlan Hacıyev imzalayıblar.

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki quruma təşəkkürünü bildirib. Sədr layihənin tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqinə imkan yaratmaq məqsədi daşıdığını vurğulayıb. Təhsilin İnkişafı Fondu olaraq daima tələbələrin ehtiyaclarına diqqət yetirdiklərini deyən fond sədri onlara ən yüksək səviyyədə dəstək verməyə hazır olduqlarını bildirib.

 

Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə bankın ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq hər zaman təhsilin və elmin inkişafına dəstək göstərdiyini bildirib. Fərid Hidayətzadə bugünkü təşəbbüsün Kapital Bank üçün olduqca önəmli olduğunu, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə tələbələrin  bu imkanlardan faydalanmasının əhəmiyyətini qeyd edib. Bu günün təhsilli gənclərinin gələcəyin peşəkar mütəxəssisləri olduğunu vurğulayan Fərid Hidayətzadə investisiya edilən hər bir gənci gələcəkdə bankın əməkdaşı kimi dəyərləndirdiyini dilə gətirib.  

 

“Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan üzrə ölkə meneceri, baş direktor Nurlan Hacıyev bildirib ki, təhsil sahəsi və insan kapitalının inkişafı hər zaman şirkətin diqqət mərkəzindədir. Şirkətin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edən Nurlan Hacıyev gələcəkdə layihənin bütün ölkə tələbələrini əhatə etməsinin hədəfləndiyini bildirib.

 

Görüşdə iştirak edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli bu əməkdaşlığın uğurla nəticələnəcəyinə və gənclərimizin gələcəkdə daha böyük nailiyyətlər qazanmasına zəmin yaradacağına əminliklərini vurğulayıblar.


1 il əvvəl