4-cü Avropa Qızlar İnformatika Olimpiadasında məktəblilərimiz 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar
21–27 iyul tarixlərində Niderland Krallığının Veldhoven şəhərində 4-cü Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2024) təşkil edilib.
56 ölkədən 194 məktəbli qızın iştirak etdiyi olimpiadada şagirdlərimiz 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Sözügedən olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin XI sinif şagirdi Nigar Hacıyeva bürünc medala, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin X sinif şagirdi Ayan Kərimova həvəsləndirici mükafata layiq görülüblər.
Qeyd edək ki, 2017-ci ildən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində ölkə üzrə fərqli yaş qruplarından olan şagirdlərimiz müxtəlifmiqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 72 medal əldə ediblər.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
