Bu gündən peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinə başlanılır
Bu gündən peşə təhsili müəssisələrinə 2024–2025-ci tədris ili üzrə tələbə qəbulu prosesinə başlanılır.
Peşə təhsili almaq istəyən şəxslər 29 iyul – 12 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.
Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Bu ildən Naxçıvan Muxtar Respublikasında da peşə təhsili müəssisələrinə tələbə qəbulu elektron şəkildə həyata keçirilir.
Qeyd edək ki, 2024–2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılacaq. Qəbul planına 9 yeni ixtisas əlavə edilib. 9 peşə təhsili müəssisəsində isə ilk dəfə ikinövbəli tədris həyata keçiriləcək.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
