• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ceyhun Məmmədov İqtisadiyyat fakültəsinə dekan təyin olunub.
 
Ceyhun Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin ticarətin və ictimai iaşənin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alıb. Daha sonra iqtisadiyyat ixtisası üzrə Portuqaliyanın Elm və Texnologiya Fondunun tam təqaüdü ilə Lissabon NOVA Universitetində magistratura və Almaniyanın Bielefeld Universitetində doktorantura səviyyələrində təhsilini davam etdirib.
 

Ceyhun Məmmədov elmi-pedaqoji fəaliyyətinə 2012-ci ilin sentyabr ayında Xəzər Universitetində başlayıb, 2012–2013-cü illərdə İqtisadiyyat və menecment departamentinin iqtisadiyyat bölməsi üzrə koordinator, 2013–2015-ci illərdə departamentin müdir əvəzi, 2015–2017-ci illərdə departament müdiri vəzifələrində çalışıb. 2017-ci ildən isə universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.
 

Bundan əlavə, Ceyhun Məmmədov 2016-cı ildən ADA Universitetində iqtisadiyyat sahəsi üzrə müxtəlif fənləri tədris edib.
 

Ceyhun Məmmədov “Scopus” və “Web of Science” indeksli jurnallarda dərc olunmuş bir sıra elmi məqalələrin müəllifidir.


26.07.2024 - 16:54