Apellyasiya Şurasının növbəti iclası keçirilib
İyulun 17-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
İclasda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Qazax–Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə namizədlər – İman Ağayev, Rahim Məmmədov, Məhəbbət Hüseynova və Elməddin Zeynalzadənin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclas zamanı müsahibə komissiyası üzvlərinin təqdim etdikləri məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb.
İclasın yekununda isə Apellyasiya Şurası tərəfindən şikayətlərin təmin edilməsi barədə qərar qəbul olunub.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
