Milli Aviasiya Akademiyasında “Məzun günü” tədbiri keçirilib
İyulun 9-da Milli Aviasiya Akademiyasında “Məzun günü” tədbiri keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, AMEA-nın müxbir üzvü Misir Mərdanov, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov, akademik Nizami Cəfərov və digər qonaqlar iştirak ediblər.
Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov tədbiri giriş nitqi ilə açıb və akademiyanın rektoru Arif Paşayevin adından məzunları təbrik edib.
Təhsil aldıqları dövrdə fakültə üzrə ən yüksək ümumi orta müvəffəqiyyət göstəriciləri olan məzunlara təşəkkürnamə və sertifikat təqdim olunub.
Qeyd edək ki, 2023–2024-cü tədris ilində Milli Aviasiya Akademiyasını 427 tələbə bitirib.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
