• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

MÜTDA media nümayəndələri üçün brifinq keçirib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) media nümayəndələri üçün brifinq keçirib. 
 

Agentliyin direktor müavini Orxan Abbasov iyulun 16-dan məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə başlanılacağını bildirib. Qeyd edilib ki, uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən həyata keçiriləcək.
 
Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı çərçivə sənədinin hazırlandığını deyən Orxan Abbasov bildirib ki, qiymətləndirmə ilin sonunadək keçiriləcək. Direktor müavini ötən il 50 bağçada beynəlxalq standartlara əsasən hazırlanmış alətlərlə monitorinq aparıldığını, bu il isə daha 100 bağçada yoxlamalar keçiriləcəyini qeyd edib.    
 

Bildirilib ki, son iki ildə mərkəzləşdirilmiş imtahanla 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib. Onlardan 296 nəfəri məhz agentliyin fəaliyyəti dövründə işə başlayıb.
 

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinin də əsas hədəf olduğunu deyən agentlik rəsmisi qeyd edib ki, bu il 20 min uşağın icmaəsaslı qruplara cəlbi gözlənilir. Müvafiq qrant proqramına əsasən, dövlət-özəl tərəfdaşlığının 1 500 uşağı əhatə etməsi nəzərdə tutulur. Ümumilikdə, bu il 16 alternativ layihəyə 500-dən çox uşaq cəlb olunub.
 

Eyni zamanda bildirilib ki, 2024–2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün 112 minə yaxın yer ayrılıb və 88 min uşağın bu qruplara qəbulu proqnozlaşdırılır. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək. Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə 16–30 iyul tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 45, rus bölməsi üzrə isə 18 iyul–1 avqust tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq olunacaq. Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək.
 

Orxan Abbasov onu da qeyd edib ki, bir sıra lisey və gimnaziyalara qəbul imtahanında 22 minə yaxın uşaq minimum keçid balını toplayıb. Lisey və gimnaziyaların seçimi prosesi də yekunlaşmaq üzrədir.


10.07.2024 - 11:22