Minifutbol turnirinə yekun vurulub
Mayın 23-də 28 May – Müstəqillik Gününə həsr edilmiş peşə təhsili müəssisələrinin tələbələri arasında minifutbol üzrə turnirə yekun vurulub.
III yer uğrunda mübarizədə Rabitə və İnformasiya üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandası Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandasına qalib gəlib. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandası Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandasını məğlub edərək turnirin qalibi olub.
Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən turnirin məqsədi komandalar arasında dostluq əlaqələri yaratmaq, ən güclü və yaxşı təşkil olunmuş komandaları müəyyənləşdirmək, həvəskarlar arasında futbolun təbliğini təmin etməkdən ibarət olub.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
