“Məktəblilərin respublika çempionatı”nın final yarışlarına start verilib
“Məktəblilərin respublika çempionatı”nın taekvondo idman növü üzrə final yarışlarının açılış mərasimi olub.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılışda çempionat haqqında məlumat verildikdən sonra həm təhsil, həm də idman elementlərini özündə əks etdirən rəqs və mahnı nömrələri nümayiş olunub.
Tədbir final qarşılaşmaları ilə davam etdirilib. Yarış qalibləri rəsmi qonaqlar tərəfindən diplom və medalla təltif olunublar.
Taekvondo üzrə yarışlara ölkənin müxtəlif rayon və şəhərlərindən 20 çəki dərəcəsində 200-dən artıq məktəbli idmançı qatılıb.
Qeyd edək ki, yarışlara 23 may tarixində yekun vurulacaq.
“Məktəblilərin respublika çempionatı”nın final mərhələsi 24–26 may tarixlərində ağırlıqqaldırma, 4–7 iyun tarixlərində sərbəst və yunan-Roma güləşi, 8–10 iyun tarixlərində isə cüdo idman növləri üzrə yarışlarla davam etdiriləcək.
Çempionat Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı ilə keçirilir.
2 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
