Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış keçirilib
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş badminton idman növü üzrə respublika birinciliyi keçirilib.
Beynəlxalq Badminton Federasiyasının qaydaları əsasında “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşkil olunan yarışda Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 100 nəfərə yaxın idmançı iştirak edib. Yarış 2010–2011, 2012-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında keçirilib.
Respublika birinciliyinin qalibləri diplom, medal və kubokla təltif olunublar.
Yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsini şagirdlərə aşılamaq, badminton idman növünü təbliğ etmək və məktəblilərin yarış təcrübələrini artırmaq olub.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
