“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun tədbiri keçirilib
Mayın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, professor Dilarə Seyidzadə, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbir ərzində tələbələrin ifasında ümummilli liderə həsr edilmiş, həmçinin onun sevdiyi mahnılar, şeirlər səsləndirilib, rəqs kompozisiyaları nümayiş olunub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən müsabiqəyə 2 500-ə yaxın şəxs qatılıb. 126 nəfər isə qalib müəyyən olunub.
Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi dövlətin qurulması, onun hərtərəfli inkişafında misilsiz xidmətlərini gənclərə aşılamaq, nitq mədəniyyəti, bədii ifaçılıq və incəsənətə marağı artırmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
