Sosial təhsil tələbə krediti ala biləcək şəxslərin əhatə dairəsi genişləndirilir
Elm və Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda bir sıra əlavə və dəyişikliklər edilib.
Bu gündən etibarən tələbələrin hər iki valideyninin (tək valideyni olduqda isə həmin şəxsin) sosial statusları ilə yanaşı, tələbələrin qanuni nümayəndələrinin də sosial statusları nəzərə alınacaq. Bundan başqa, aşağıda qeyd edilmiş daha dörd sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala biləcəklər:
- “ailə başçısını itirməyə görə əmək pensiyası alan” valideyni olan tələbələr;
- “bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan” tələbələr;
- “bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan” tələbələr;
- tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələrlə yanaşı, bundan sonra əlavə olaraq “ailə başçısını itirməyə görə sosial müavinət alan” tələbələr.
Qeyd edək ki, təhsil tələbə kreditlərinin (TTK) verilməyə başlandığı 25 noyabr 2021-ci il tarixindən bu günədək fonda 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub. Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixədək 34 839 nəfər təşkil edir. Onlardan 12 131 tələbə (35%) sosial növ TTK, 22 708 tələbə (65%) standart növ TTK-dan yararlanıb. Ümumilikdə isə tələbələr üçün rəsmiləşmiş kreditlər üzrə 31,9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb.
2023–2024-cü tədris ilinin yaz semestri üzrə TTK üçün müraciətlərin qəbulu davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az portalı üzərindən müraciət edə bilərlər.
2 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
