Elm və təhsil naziri Türkiyəyə səfər edib
2 il əvvəl
Elm və təhsil naziri Emin Əmrullayev Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.
Mayın 8-də Emin Əmrullayev Ankara şəhərində keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında iştirak edib.
Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərlikləri iştirak ediblər.
Səfər çərçivəsində elm və təhsil naziri Türkiyənin milli təhsil naziri Yusuf Tekin, Ali Təhsil Şurasının sədri Erol Özvar və Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədri Mahmut Özerlə görüşüb.
Görüşlərdə iki ölkə arasında təhsil sahəsində davam edən və planlaşdırılan əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
