Dünyaşöhrətli alim “Yeni çağırışlar”da
8 may saat 17:00-da “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı Kanadanın Ottava Universitetinin qonaq professoru, ABŞ-nin Boston Kollecinin tədqiqatçı professoru, eləcə də ARC Təhsildə Əməkdaşlıq Şəbəkəsinin yaradıcısı və prezidenti Endi Harqrivsdir.
Tədqiqatlarına 100 mindən artıq istinad edilən, ABŞ-nin təhsil siyasəti müzakirələrinə ən çox təsir göstərən alimlərdən biri olan Endi Harqrivslə "Məktəbdə iştirakçılıq və rifah" barəsində danışılacaq.
Endi Harqrivs ABŞ Milli Təhsil Akademiyası və Kral İncəsənət Cəmiyyətinin üzvüdür. Honkonq Təhsil Universiteti, İsveçin Uppsala Universiteti və Böyük Britaniyanın Bolton Universitetinin fəxri doktorudur.
30-dan çox kitabın müəllifi olan Endi Harqrivs Kanada, ABŞ və Böyük Britaniyada aparılan təhsil tədqiqatları ilə bağlı xidmətlərinə görə nüfuzlu mükafatlara layiq görülüb.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
