• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb

Mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiyası təşkil olunub.
 

Panel sessiyasında çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ksenofobiya bəşəriyyətin tərəqqisini əngəlləyir, zorakılıq, münaqişə, terrorizm təhlükəsini artırır. Bəzi dairələr xalq və dinlər arasında münaqişələri alovlandırır. Problemin həllində isə təməl amil kimi təhsil olmalıdır. Təcrübə  göstərir ki, təhsilli insanlar münaqişələrin daha asan həll olunmasına imkan yaradırlar.
 

Firudin Qurbanov əlavə edib ki, ölkəmiz mədəniyyətlərarası dialoq tərəfdarı olaraq prosesə öz töhfəsini verir. Hazırda heç bir şübhə yoxdur ki, tolerantlıq olmadan ksenofobiyanın dəf edilməsi mümkün deyil. Azərbaycan irqindən, dilindən, dinindən asılı olmayaraq, hər bir vətəndaşın təhsil almasına imkan yaradır. Onlara öz mədəni irslərini qoruyub saxlamaları üçün hər cür fürsət verilir. 
 

Nazir müavini çıxışında Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsinin başlıca məqsədindən də söz açıb. Bildirib ki, bu layihə təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırır. Bu gün azərbaycanlı məktəblilər olimpiada və yarışlarda iştirak edirlər. Belə tədbirlər mədəniyyətlərarası dialoq və xalqlar arasında həmrəylik yaradır. Hazırda Azərbaycanda ali təhsil müəssisələrində 10 minədək əcnəbi təhsil alır.
 

Firudin Qurbanov qeyd edib ki, dövlət proqramları çərçivəsində 4 500-ə yaxın gəncimiz dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bugünkü forum da mədəniyyətlərarası dialoq sahəsində fikir mübadiləsi üçün geniş imkanlar yaradacaq.
 

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu diqqətə çatdırıb. Fariz İsmayılzadə bildirib ki, universitetdə Afrika, Asiya ölkələrindən tələbələrin cəlb edilməsi üçün proqramlar var və onlar ölkəmizin mədəniyyəti ilə də tanış olurlar. 
 

Panel sessiyasında çıxış edən digər iştirakçılar ölkələrində ksenofobiya ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətləri diqqətə çatdırıblar.
 

Panel sessiyası müzakirələrlə davam etdirilib.


01.05.2024 - 16:57