“Könüllü DOST” proqramının 5 illik fəaliyyətinə həsr olunmuş “TeaTalks with DOSTs” adlı tədbir keçirilib
Mayın 2-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində DOST Agentliyinin “Könüllü DOST” proqramının beş illik fəaliyyətinə həsr olunmuş “TeaTalks with DOSTs” adlı tədbir təşkil edilib.
Tədbirin keçirilməsində məqsəd könüllü gənclərlə hökumət rəsmiləri, baş icraçı direktor və digər top-menecerlərin görüşlərini təşkil etmək, onların uğur hekayələrini könüllülərlə paylaşmaları və gənclərdə liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədr müavini Ceyhun Salmanov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və digər şəxslər iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında “Könüllü DOST” iştirakçılarını proqramın beş illiyi münasibətilə təbrik edib və ölkəmizdə könüllülük hərəkatının genişlənməsində onun əhəmiyyətini diqqətə çatdırıb. Nazir müavini könüllülərin xüsusi qayğıya ehtiyacı olan şəxslərə yardım etməklə həm sosial sahəyə dəstək göstərdiklərini, həm də bu sahə ilə bağlı böyük təcrübə qazandıqlarını vurğulayıb.
Digər çıxışçılar “Könüllü DOST” proqramının iştirakçılarını təbrik ediblər və könüllülüyün ölkəmizdəki əhəmiyyətindən danışıblar.
Tədbirdə könüllülər üçün “CEO Talks” təlimi də keçirilib. Çıxış edənlər idarəçilik sahəsində bilik və bacarıqlarını gənclərlə bölüşüblər və onlara karyera istiqamətində tövsiyələr veriblər.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
