Elm və təhsil naziri Qəbələ məktəblərində olub
Aprelin 9-da elm və təhsil naziri Emin Əmrullayev Qəbələ rayonuna səfəri çərçivəsində Vəndam qəsəbəsi 1 nömrəli tam orta məktəbin kollektivi ilə görüşüb. Nazir həmçinin məktəbdə tədris prosesini izləyib və təhsilalanlar üçün yaradılmış şəraitlə tanış olub.
Daha sonra elm və təhsil naziri buraxılış imtahanında 300 bal toplamaqla ən yüksək nəticə göstərmiş Səidə Rəhimovanın təhsil aldığı Nohurqışlaq kənd tam orta məktəbində olub. Emin Əmrullayev XI sinif şagirdləri ilə görüşərək səmimi söhbət edib, məktəblilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
