Naxçıvanda məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu elektron qaydada aparılır
Cari ildən Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu www.bq.edu.az internet saytı vasitəsilə aparılır. Hazırda sistemdə 240 valideyn (qanuni nümayəndə) üzrə elektron kabinet mövcuddur. Həmin valideynlər tərəfindən isə məktəbəqədər təhsil müəssisələrinə 380 növbə yaradılıb.
Valideynlər 3 məktəbəqədər təhsil müəssisəsinədək seçim etməklə növbəyə yazıla bilərlər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə, uşağın digər müəssisələrə olan növbələri silinəcək.
Sorğu qəbul edildikdən sonra valideyn 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi 20 müəssisə üzrə 201 qrupda aparılır.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
