Türkiyənin Ali Təhsil Şurasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Türkiyə Respublikasının Ali Təhsil Şurasının nümayəndə heyəti martın 5-dən ölkəmizdə səfərdədir.
Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ikinci günündə qonaqlar Fəxri xiyabanı ziyarət ediblər və ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər qoyulub. Bununla yanaşı, “Türk şəhidliyi” abidəsi ziyarət olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Texniki Universitetində də olub.
Nümayəndə heyəti həmçinin STEAM İnnovasiya Mərkəzini ziyarət edib və mərkəzdə yaradılan şəraitlə tanış olub.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
