"İnsan kapitalı və təhsil üzrə" İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib
Fevralın 16-da "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq məqsədinə daxil olan hədəflər çərçivəsində 2023-cü ilin yekun monitorinq və qiymətləndirməsinə dair “İnsan kapitalı və təhsil üzrə" İşçi qrupunun Elm və Təhsil Nazirliyində növbəti iclası keçirilib.
Açılış nitqi ilə çıxış edən İşçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə hesabat barədə ümumi məlumat verib.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri, işçi qrupunun rəhbərinin müavini Günay Quliyeva XXI əsrin tələblərinə uyğun təhsil məqsədi üzrə hesabatı iclas iştirakçılarına təqdim edərək, hədəf indikatorları üzrə görülmüş işlər, çətinliklər və tövsiyələr, eyni zamanda gələcək planlar barədə ətraflı məlumat verib.
Hesabatın təqdimatından sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən "İnsan kapitalı və təhsil üzrə" İşçi qrupu Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılıb.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
