Elmi-tədqiqatların birgə həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb
Fevralın 5-də Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu, Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Mərasimdə iştirak edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi dosent Vazeh Əskərov, Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev, Neft-Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov prioritet istiqamət kimi birgə elmi-tədqiqat işlərinin stimullaşdırma mexanizmlərinin təkmilləşdirilməsindən, tədqiqat institutları və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən və bu istiqamətdə potensial əməkdaşlıq imkanlarından danışıblar.
Qeyd edək ki, ötən ay Azərbaycan Texniki Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Hər iki memorandum “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə bağlı həyata keçirilən ardıcıl tədbirlərə aiddir.
2 il əvvəl
Digər xəbərlər
-
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33
