Türkiyənin milli təhsil naziri Azərbaycanda səfərdədir
2 il əvvəl
Yanvarın 30-dan Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin Azərbaycanda səfərdədir.
Türkiyənin milli təhsil naziri Yusuf Tekin və nümayəndə heyəti yanvarın 31-də Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Həmçinin “Türk şəhidliyi” abidəsi ziyarət edilərək şəhidlərin xatirəsi yad olunub.
Səfər çərçivəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələrin son illərdə uğurla və dinamik inkişafı vurğulanıb. Eyni zamanda iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün təhsilin ən vacib sahələrdən biri olduğu qeyd edilib.
Elm və təhsil naziri Emin Əmrullayev qardaş ölkələr arasında təhsil sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində imkanların artırılacağını diqqətə çatdırıb.
Türkiyənin milli təhsil naziri Yusuf Tekin öz növbəsində ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.
Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Digər xəbərlər
-
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24 -
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
07.11.2026 - 11:00 -
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
07.11.2026 - 09:52 -
Nazir müavini İdris İsayev İƏT Təhsil İnstitutunun Himayəçilər Şurasının 5-ci iclasında iştirak edib
06.11.2026 - 18:32 -
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50
