“Maarifçi” tələbə-məzun təcrübə proqramının imtahan mərhələsi keçirilib
Yanvarın 28-i Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramının imtahan mərhələsi keçirilib.
“Maarifçi” tələbə-məzun təcrübə proqramına qoşulmaqla bağlı müraciət etmiş 1958 nəfərdən 690-ı imtahanda iştirak üçün müvafiq hesab olunub.
İmtahan mərhələsində ali təhsilin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarda təhsil alan III və IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər iştirak ediblər.
İmtahanda namizədlərə məntiq, informatika, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətinə dair 40 sual təqdim olunub. Bunlardan əlavə, yumşaq bacarıqları yoxlayan test tapşırıqları da imtahan sualları arasında yer alıb.
İmtahanda yüksək bal toplamış 100 nəfər müsahibə mərhələsinə dəvət olunacaq.
Qeyd edək ki, tələbələr, məzunlar üçün Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.
“Maarifçi” tələbə-məzun təcrübə proqramının imtahan mərhələsi
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
