Gürcüstanın nümayəndə heyəti Bakı Dövlət Universitetində olub
Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Görüşdə çıxış edən Giorgi Amilaxvari Azərbaycanın ən böyük və qədim universitetində olmaqdan məmnunluğunu ifadə edib, BDU-da keçirilən görüşün yeni ideya və layihələrin reallaşdırılmasına təkan verəcəyini bildirib. Nazir qeyd edib ki, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim, tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması xalqlarımızın inkişafına öz töhfəsini verəcək.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxışında ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini və iki ölkə arasında təhsil, elm sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi istiqamətində BDU-nun önəmli rol oynayacağını vurğulayıb.
BDU-nun rektoru Elçin Babayev sözügedən universitetlə Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. Rektor həmçinin nazir Giorgi Amilaxvarinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin xalqlarımız arasında təhsil və elm sahələrində möhkəm dostluq və əməkdaşlığın sübutu olduğunu bildirib.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
