Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I, V və IX sinifləri üçün təkmilləşdirilmiş və ya yeni hazırlanmış dərslik, eləcə də onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.
Dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələr əlavə ediləcək.
Saytın qeyd edilən bölməsində yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, rəy, irad və təklifləri xüsusi ayrılmış sahədə yazmaq, həmçinin derslik@edu.gov.az elektron poçt ünvanına göndərmək mümkündür.
Elm və Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumları və ictimai birlik nümayəndələrini, eləcə də bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələri üzrə rəy, irad və təkliflərini bildirməyə dəvət edir.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
