"Kod saatı" hərəkatı çərçivəsində “Rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilib
"Kod saatı" qlobal hərəkatı çərçivəsində keçirilən “Rəqəmsal gələcəyə addım” müsabiqəsi çərçivəsində “Kodlaşdırma üzrə açıq qapı” günləri təşkil olunub.
Müsabiqə çərçivəsində ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində informatika təmayüllü 10-11-ci sinif şagirdləri üçün infosessiya, həmçinin Quba şəhəri Alekseyevka kənd orta məktəbi və Şəmkir şəhəri M.Füzuli adına tam orta məktəb-liseydə “Kodlaşdırma üzrə açıq qapı” günləri keçirilib.
400-dən çox şagird üçün İT mütəxəssisləri və bu istiqamətdə uğurları olan gənclərin iştirakı ilə tədbir təşkil edilib. Tədbirdə şagirdlər mütəxəssislərin təqdimatlarını dinlədikdən sonra onları maraqlandıran sualları ünvanlayıblar.
Tədbir müddətində həmçinin müxtəlif interaktiv oyun və viktorinalar təşkil edilib.
Qeyd edək ki, "Kod saatı" hərəkatının məqsədi İT sahəsi üzrə məktəblilər arasında təşviqat aparmaq və onları məlumatlandırmaqdır.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
