Elm və təhsil naziri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüb.
Görüşdə təhsil sistemində həyata keçirilən islahatlar, agentlikdə müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlər, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər və gələcək planlar barədə danışılıb.
Emin Əmrullayev təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması üçün bir sıra məsələlərin icra səlahiyyətlərinin yerlərə ötürülməsinin əsas məqsədlərdən biri olduğunu vurğulayıb. Nazir Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi təhsil siyasətində agentliyin rolunu, ümumi strategiyaya uyğun olaraq proseslərə nəzarət və icra mexanizminin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin təhsilin keyfiyyətinin artırılmasının, metodik xidmətlərin, şagirdlərin təhlükəsizliyi məsələlərinin və bu istiqamətdə müəyyən mexanizmlərin işlənib hazırlanmasının vacibliyini qeyd edib.
Nazir çıxışının sonunda işin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib, agentlik əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə məktəbdənkənar təhsilin şagirdlərin sosial fəaliyyətinin və yumşaq bacarıqlarının formalaşmasına təsirinin vacibliyi vurğulanıb. Nazir bildirib ki, ki, ölkə üzrə, xüsusilə regionlarda şagirdlərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı və idmanın təşviqi olduqca əhəmiyyətlidir.
Ölkə üzrə məktəbəqədər təhsilin göstəricilərinin inkişafı barədə müzakirələrin də aparıldığı görüşdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və məzmunun təkmilləşdirilməsi, pedaqoji və idarəetmə heyətinin peşəkarlığının artırılmasının müvafiq istiqamətdə inkişafa töhfə verəcəyinə əminlik ifadə edilib.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
