“Məktəbli könüllü” proqramına qeydiyyat davam edir
“Məktəbli könüllü” proqramına qeydiyyat prosesi davam edir. Proqrama qoşulmaq istəyən 8, 9, 10 və 11-ci sinif şagirdləri 31 dekabr 2023-cü il tarixinədək qeydiyyatdan keçməlidirlər. Proqramın tərəfdaşı olmaq istəyən məktəblər isə admin@konullu.edu.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Qeydiyyat üçün link: https://forms.gle/jY4cK2UxqNBQ7UgU7
Proqrama qoşulan şagirdlər nə əldə edəcəklər?
- məktəblilərin yerli icmaların inkişafı istiqamətində mövcud infrastrukturların yaxşılaşdırılması, abadlaşdırılması və ictimai xidmətlə bağlı layihələrə cəlb edilməsi;
- ekoloji problemlərin həlli və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün müntəzəm olaraq məktəblilərin maarifləndirilməsi, iməcilik aksiyalarının təşkili – ağacəkmə fəaliyyətləri, tullantıların təmizlənməsi, resurslardan səmərəli istifadə;
- məktəb daxilində karyera klublarının formalaşdırılması, həmçinin asudə vaxtın səmərəli təşkili üçün dil, idman, incəsənət kimi sahələrdə ictimai klubların təşkili və onlara məktəblilərin özlərinin rəhbərlik etmələri;
- məktəblilərin şəxsi inkişafına dəstək verəcək müxtəlif mövzulu yay və qış düşərgələrinin təşkili;
- məktəbdaxili intellektual, sosialtipli müsabiqə və yarışların təşkili;
- Bakı və region məktəbləri arasında kommunikasiya mühiti yaratmaqla şəbəkələşmənin təmin edilməsi və birgə fəaliyyətlərin təşkili.
Qeyd edək ki, “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən proqramın məqsədi şagirdlər arasında sosial inkişafın təmin olunması, komanda işinin formalaşdırılması, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətlərin gücləndirilməsi, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəslin formalaşdırılmasıdır.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2025 - 18:00 -
Fəxri xiyaban ziyarət edilib
08.05.2025 - 14:22 -
Nazir müavini "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak edib
08.05.2025 - 13:00 -
ADNSU-da Vyetnamın ilk Prezidenti Ho Şi Minin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub
08.05.2025 - 12:10 -
“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib
08.05.2025 - 11:10