Yeniyetmələr arasında beynəlxalq “Təhsil” turnirinə start verilib
Dekabrın 5-də yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq "Təhsil" turnirinin açılış mərasimi keçirilib.
Açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, tərəfdaş qurumların rəsmi şəxsləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca açılış mərasimi bədii hissə ilə davam etdirilib.
Tədbirdə müxtəlif çəki dərəcələri üzrə final yarışları keçirilib və qaliblər mükafatlandırılıblar.
7 gün davam edəcək turnir 11 dekabr tarixində başa çatacaq.
Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə beynəlxalq "Təhsil" turniri Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilir.
Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan U-15 və U-17 yaş qrupları üzrə 500-ə yaxın idmançı mübarizə aparır.
Turnirin keçirilməsində məqsəd məktəblilər arasında güləş idman növünə marağın artırılması, kütləviliyin təmin edilməsi, şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, bu idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsindən ibarətdir.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
