• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi

Dekabrın 4-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün açılış mərasimi keçirilib.   

 

Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.  

 

Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq üçüncü ildir ki ənənəvi olaraq keçirilən festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, 2025-ci ildə yeni yazılacaq elm və təhsil standartlarında STEAM-in bəzi elementlərinin milli kurikulumun hissəsinə çevrilməsi nəzərdə tutulur. Belə ki, yeni standartlarda 3 D robototexnikanın bəzi elementləri texnologiya fənninin məzmununa daxil olunacaq. Nazir vurğulayıb ki, qarşıda duran məqsəd gələcək nəslin ənənəvi olaraq humanitar və ya texniki yönlərə bölünməklə yox, hərtərəfli inkişafını təmin etməkdir. 

 

Emin Əmrullayev çıxışının sonunda festivalın təşkilində əməyi olan hər kəsə təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb.   

 

Daha sonra çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov layihə və festival barədə ətraflı məlumat verib. İqrar Nəzərov STEAM-in hazırda ölkə üzrə 396 məktəb və 150 mindən çox şagirdi əhatə etdiyini, 25 STEAM Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Vurğulanıb ki, layihə üzrə şagird sayının 2026-cı ilə kimi 280 minə çatdırılması nəzərdə tutulur.   

 

İqrar Nəzərov festivalın final mərhələsində 11 ölkənin komandalarının yarışdığını bildirib. Əlavə edib ki, final mərhələsində ümumilikdə 868 yerli, 159 xarici iştirakçı yarışır. SAF 2023-də müxtəlif yarış kateqoriyaları üzrə iştirak edən 96 nəfərlik münsif heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çex Respublikası, Türkiyə, Azərbaycan kimi ölkələrdəndir. 

 

Bildirilib ki, beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 ümumilikdə 12 yarış  və 1 innovativ layihələr sərgisi formatında keçirilir.

 

Festival 8 dekabr tarixinədək davam edəcək.  

 
Qeyd edək ki, SAF 2023-ün keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir.


04.12.2023 - 16:30