Yeniyetmələr arasında güləş üzrə beynəlxalq "Təhsil" turniri keçiriləcək
Dekabrın 5-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq "Təhsil" turnirinə start veriləcək.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan 500-ə yaxın idmançı mübarizə aparacaq.
7 gün davam edəcək turnir 11 dekabr tarixində başa çatacaq.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd məktəblilər arasında güləş idman növünə marağın artırılması, kütləviliyin təmin edilməsi, şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də bu idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsidir.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
