“Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə təlimlər keçirilib
15 – 16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Clarivate Analytics” şirkətindən Valentin Bogorovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təlimlər keçirilib. Təlimin məqsədi “Web of Science” elmmetrik bazasına giriş və bazadan istifadə ilə bağlı bacarıq və səriştələrin artırılması olub.
İnformasiya Texnologiyaları İnstitutunda keçirilən təlimlərdə 60-a yaxın ali təhsil müəssisəsi və elmi-tədqiqat institutunun 150-dən çox nümayəndəsi iştirak edib.
Açılış mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev iştirak ediblər.
Tədbirdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Elm və Təhsil Nazirliyinin 150-yə yaxın təhsil və elmi müəssisənin “Web of Science” və həmçinin “Scopus” elmmetrik bazalarına çıxışının təmin olunması üçün “Clarivate Analytics” və “Elsevier” şirkətləri ilə müqavilələr bağladığını iştirakçıların diqqətinə çatdırıb.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli elmin inkişafı üçün elmmetriyanın rolundan və bu sahədə “Web of Science” bazasının əhəmiyyətdən danışıb.
Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi institut haqqında təqdimatla çıxış edərək bu müəssisənin elmmetriya sahəsinə verdiyi tövhələrdən danışıb.
“Clarivate Analytics” şirkəti tərəfindən 2 gün davam edən təlimlərdə “Effektiv məlumat axtarışı”, “Elmi jurnallarla iş”, “Web of Science” bazasında müəllif və müəssisə profili” mövzuları ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Sonda tədbir çərçivəsində elmi nəaliyyətləri ilə fərqlənən alimlərə Elm və Təhsil Nazirliyi adından fəxri fərmanlar təqdim olunub.
2 il əvvəl
Digər xəbərlər
-
Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
17.09.2026 - 17:21 -
Nazir “Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsində iştirak edib
17.09.2026 - 15:18 -
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
16.09.2026 - 16:50 -
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
16.09.2026 - 16:00 -
Elm və təhsil nazirinin Yardımlıdakı vətəndaş qəbulu ilə bağlı məlumat
16.09.2026 - 10:40
