Elm və təhsil nazirinin müavini UNESCO-nun 42-ci baş konfransında çıxış edib
Noyabrın 8-də elm və təhsil nazirinin müavini İdris İsayev Fransanın Paris şəhərində keçirilən UNESCO baş konfransının 42-ci sessiyası çərçivəsində qlobal sülhün təminatında təhsilin roluna həsr olunmuş iclasda çıxış edib.
İdris İsayev çıxışında 30 ilə yaxın müddət davam etmiş Azərbaycan Respublikası ərazilərinin işğalının ümumilikdə təhsil sisteminə və təhsilalanların hüquqlarına törətdiyi mənfi fəsadlardan danışıb.
Nazir müavini işğaldan azad olunan ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində görülən işlərə toxunaraq ölkəmizdə etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin keyfiyyətli təhsilə çıxışının təmin edildiyini vurğulayıb. İdris İsayev bölgədə davamlı sülhün əldə olunmasının vacibliyini və bu prosesə UNESCO-nun verə biləcəyi töhfəni önə çəkib.
Nazir müavini konfrans çərçivəsində Cibutinin milli təhsil və peşə təlimi naziri Mustafa Mohamed Mahamud ilə görüşüb. Görüş zamanı tərəflər arasında əməkdaşlığın perspektivləri, o cümlədən Cibuti vətəndaşlarının ölkəmizdə təhsil almaq imkanları müzakirə olunub.
Nazir müavini həmçinin Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin və Çin Xalq Respublikasının təhsil naziri Huai Jinpeng ilə işçi qaydada müzakirələr aparıb.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
