• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fənn müsabiqələrinin təşkili və keçirilməsində dəyişikliklər edilib

2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunacaq. 


İnformatika fənni üzrə müsabiqələrdə iştirak etmək istəyən VII sinif şagirdləri Elm və Təhsil Nazirliyinin “Azercell Telecom” şirkəti ilə əməkdaşlığı çərçivəsində keçirilən “Azercell CUP” müsabiqəsinə qoşula biləcəklər. 


Bununla yanaşı, fənn müsabiqələrində şagirdlərə təqdim edilən məntiq bloku ləğv olunur. Belə ki, iştirakçılar sadəcə müvafiq fənn üzrə tapşırıqları həll edəcəklər. Müsabiqənin iki mərhələsi qapalı test tapşırıqları formatında, final mərhələ isə açıqtipli tapşırıqlardan ibarət olacaq. 


Qeyd edək ki, fənn müsabiqələri qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur, müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbulolma şansını əldə edirlər.  


Eyni zamanda V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına Məntiq Olimpiadası cari tədris ilindən “Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadası” adlandırılacaq və şagirdlərə bu istiqamətdə müvafiq tapşırıqlar təqdim olunacaq. 


Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadasının rayon (şəhər) mərhələsinin mart ayında keçirilməsi planlaşdırılır.   
 


31.10.2023 - 11:30