Elm və təhsil nazirinin müavini Britaniya Şurasının Avropa regionu üzrə rəhbəri ilə görüşüb
Oktyabrın 26-da elm və təhsil nazirinin müavini Həsən Həsənli Britaniya Şurasının Avropa regionu üzrə rəhbəri Coanna Börk ilə görüşüb.
Görüşdə təhsil sahəsində ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə bir sıra layihələrin uğurla icra olunduğunu qeyd ediblər. Bildirilib ki, ümumi, peşə və ali təhsil sahələrini əhatə edən layihələr çərçivəsində müəllimlərin bilik və bacarıqlarının inkişafına, ingilis dilinin tədrisi keyfiyyətinin artırılmasına müsbət töhfə verilib, həmçinin Azərbaycan Respublikası və Böyük Britaniya ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulmasına, gənclər arasında tətbiqi incəsənət və sahibkarlıq bacarıqlarının inkişafına dəstək göstərilib.
Görüşün sonunda Elm və Təhsil Nazirliyi və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığa dair Niyyət Məktubu və 2023–2024-cü tədris ili üzrə Fəaliyyət Planının imzalanması mərasimi keçirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
