Tərbiyəçi və loqoped vəzifəsi üzrə vakansiya seçimi
İnternat və internattipli təhsil müəssisələrinə tərbiyəçi, həmçinin loqoped vəzifələri üzrə işə qəbul üçün vakansiya seçiminə start verilir. Vakansiya seçimində iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq müraciət ünvanlaya bilərlər: https://forms.gle/ovVwBH2DJqFYrNW67
Vakansiya seçimi 23 oktyabr saat 11:00-dək davam edəcək.
Seçimlər zamanı müvafiq ixtisasa dair baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda göstərilən linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.
Növbəti mərhələdə isə uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
