• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində növbəti görüş Naxçıvanda keçirilib

Naxçıvan Dövlət Universitetində “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində görüş keçirilib.


Görüşdə əvvəlcə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbir iştirakçılarını salamlayaraq iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində layihənin əhəmiyyətini vurğulayıb.


Daha sonra Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə nümayəndəsi Monika Felföldi çıxış edərək “Stipendium Hungaricum” təqaüd proqramı barədə məlumat verib.


Bildirilib ki, oktyabrın 20-dək davam edəcək layihə Macarıstanın “Stipendium Hungaricum” təqaüd proqramının 10-cu ildönümünə həsr olunub. Layihə Macarıstanda təhsil almış məzunların ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən universitetlərin tələbələri ilə görüşünü təşkil etmək, təcrübə və karyera imkanlarını regionlardakı universitetlərdən olan tələbələrlə bölüşmək, həmçinin Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanda təhsil barədə məlumatlandırma işini aparmaq məqsədi daşıyır.


Qeyd edək ki, layihə çərçivəsində digər görüşlərin Qazax, Gəncə və Mingəçevirdə keçirilməsi planlaşdırılıb.


HTP çərçivəsində Macarıstanda təhsil barədə ətraflı məlumatı htp.edu.az səhifəsindən əldə etmək mümkündür.
 


17.10.2023 - 11:52