Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Orta təhsil səviyyəsi üzrə (XI sinif) buraxılış imtahanlarının nəticələri yekunlaşdırılıb.
İmtahan aparılan fənlər üzrə şagirdlərin attestatına yazılacaq yekun qiymətləri barədə məlumatlar 21 iyun 2010-cu il tarixində saat 17.00 radələrində Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) imtahan bölməsində yerləşdiriləcək. Şagirdlər attestat qiymətləri ilə yanaşı, alacaqları attestatların seriya və nömrələrini görə biləcəklər.
Əsas təhsil səviyyəsi üzrə (IX sinif) buraxılış imtahanlarının nəticələrinə görə imtahan fənləri üzrə şagirdlərin şəhadətnaməsinə yazılacaq qiymətlər haqqında məlumatlar 23 iyun 2010-cu il tarixində Təhsil Nazirliyinin internet saytında (www.edu.gov.az) yerləşdiriləcək.
Məlumat üçün qeyd edək ki, imtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcək. O cümlədən, Bakı şəhərində təhsil almış şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil almış şagirdlər Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil almış şagirdlər Abşeron rayon Təhsil Şöbəsinə və s. müraciət edəcəklər. Yerlərdə imtahanla bağlı ərizə və şikayətlərin qəbulu 26 iyun 2010-cu il tarixədək davam edəcəkdir.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
