Valideynlərin nəzərinə!
3 il əvvəl
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır. Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini 7 avqust saat 15:00-dan 17 avqust saat 15:00-dək şagirdin qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.
Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant yer kimi təqdim edilir.
Qeyd edək ki, şəxsi işlər təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin çıxdığı məktəbə təqdim etməlidir.
Elektron ərizə şagirdin çıxdığı məktəbin modulundan da əldə edilə bilər.
Digər xəbərlər
-
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb
11.11.2026 - 16:30 -
Nazir Çin Xalq Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
11.11.2026 - 14:47 -
Şəki-Zaqatala regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
11.11.2026 - 09:58 -
Zəfər abidəsi ziyarət edilib
08.11.2026 - 16:19 -
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24
