Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə başlanılır
3 il əvvəl
1 avqust saat 11:00-da regional təhsil idarələri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə start verilir. Proses www.bq.edu.az saytı üzərindən sentyabrın 1-dək həyata keçiriləcək.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Qeyd edək ki, ötən tədris ilində yaradılmış növbə və sorğular bu il üçün keçərli deyil.
Digər xəbərlər
-
Zəfər abidəsi ziyarət edilib
08.11.2026 - 16:19 -
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24 -
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
07.11.2026 - 11:00 -
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
07.11.2026 - 09:52 -
Nazir müavini İdris İsayev İƏT Təhsil İnstitutunun Himayəçilər Şurasının 5-ci iclasında iştirak edib
06.11.2026 - 18:32
