Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İyunun 11-də Azərbaycan Müəllimlər İnstitutunda I siniflərdə dərs deyəcək müəllimlər üçün Təhsil Nazirliyinin xüsusi proqramı üzrə 10 günlük treninq kursundan keçmiş “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının məzunlarına sertifikatlar təqdim olunub.
Öncə məzun Sevinc Babayeva “Müəllim hazırlığına verilən müasir tələblər və mən” mövzusunda təqdimatla çıxış edib.
Sonra müəllimin dərsdən əvvəlki təlimin təşkili məsələlərində idarəçilik bacarıqlarına aid kiçik səhnəcik göstərilib və ana dili fənnindən “Ad bildirən sözlər” mövzusunda dərs nümayiş etdirilib.
Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov İ siniflərdə dərs deyəcək müəllimlər üçün təşkil olunan belə treninqlərin gələcəkdə davam etdirilməsinin önəmli olduğunu vurğulayıb. Misir Mərdanov Azərbaycan Müəllimlər İnstitutunun yerlərdəki filiallarında da artıq bununla bağlı müvafiq tədbirlərin həyata keçirildiyini, həm institutda, həm də filiallarda maddi-texniki bazanın, eləcə də kadr potensialının gücləndirildiyini qeyd edib. Təhsil naziri Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarının ilkin müəllim hazırlığında, məktəblərimizdə çalışan yüz minlərlə müəllimin müasir təlim texnologiyalarına yiyələnməsində bundan sonra da yaxından iştirak edəcəyinə əmin olduğunu bildirib. Çıxışının sonunda Misir Mərdanov məzunlara uğurlar arzulayıb.
Sonda treninq kursunda iştirak etmiş “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının məzunlarına sertifikatlar təqdim edilib.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
