Elm və təhsil naziri Qazaxda məktəb açılışında olub
İyunun 19-da elm və təhsil naziri Emin Əmrullayev Qazax rayonuna səfəri çərçivəsində Mehdi Hüseyn adına Humanitar və təbiət təmayüllü məktəb-liseyin yeni tikilmiş tədris binasının açılışında iştirak edib.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova və Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev də iştirak ediblər.
Məlumat verilib ki, 4 mərtəbədən ibarət məktəbdə 28 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 informatika kabineti, məktəbəhazırlıq və tibb otaqları, 244 nəfərlik akt zalı, qapalı və açıq idman meydançaları, kitabxana, 172 yerlik bufet mövcuddur.
Daha sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar.
3 il əvvəl
Digər xəbərlər
-
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026 - 16:39 -
Nazir müavini Həsən Həsənli Qazaxda vətəndaşları qəbul edəcək
09.09.2026 - 16:10 -
Elm və təhsil naziri İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olub
09.09.2026 - 12:14 -
“İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib
08.09.2026 - 17:55 -
PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri təqdim edilib
08.09.2026 - 16:00
