Elm və təhsil naziri Qazaxda vətəndaşları qəbul edib
İyunun 19-da elm və təhsil naziri Emin Əmrullayev Qazax rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, xarici diplomların tanınması, fəxri adların verilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
3 il əvvəl
Digər xəbərlər
-
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026 - 16:39 -
Nazir müavini Həsən Həsənli Qazaxda vətəndaşları qəbul edəcək
09.09.2026 - 16:10 -
Elm və təhsil naziri İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olub
09.09.2026 - 12:14 -
“İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib
08.09.2026 - 17:55 -
PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri təqdim edilib
08.09.2026 - 16:00
