Elm və təhsil naziri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti ilə görüşüb
İyunun 5-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanov ilə görüşüb.
Emin Əmrullayev görüşdən məmnunluğunu bildirib, humanitar təşkilatın fəaliyyəti və nazirlik ilə mövcud əməkdaşlığın inkişafını müsbət qiymətləndirib.
Novruz Aslanov da öz növbəsində görüşün təşkili üçün təşəkkür edib. AzQAC ilə Elm və Təhsil Nazirliyi arasında Anlaşma Memorandumunun mövcudluğunu xatırladan Novruz Aslanov rəhbərlik etdiyi təşkilat və nazirlik arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Görüşdə dövlət ali təhsil müəssisələrinin tələbələri üçün AzQAC-da müvafiq istehsalat təcrübəsinin təşkili, təhsil müəssisələrində yol hərəkəti qaydaları və yol təhlükəsizliyi üzrə təbliğatın aparılması xüsusilə vurğulanıb.
Daha sonra Novruz Aslanov AzQAC-ın 100 illiyinə həsr olunmuş xatirə medalını Emin Əmrullayevə təqdim edib.
2 il əvvəl
Digər xəbərlər
-
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20 -
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
08.05.2026 - 14:00 -
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edəcək
07.05.2026 - 15:50 -
"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
07.05.2026 - 15:17 -
Nazir müavini “Sərhəd” hərbi-idman oyunlarının yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
07.05.2026 - 15:00
