Elm və təhsil naziri media üçün brifinq keçirib
Mayın 16-da elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib.
Brifinqdə Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib:
- Mayın 18-də sertifikatlaşdırılma prosesində iştirak edəcək müəllimlərin imtahan tarixləri, saatı və imtahan məkanı şəxsi səhifələrə göndəriləcək;
- Sertifikatlaşdırma prosesi ilə bağlı yaşı 60 və daha çox olan şəxslərin bu prosesdə könüllü əsaslarla iştirakı, ilk dəfə işə qəbul olunan təhsilverənlərin 5 il müddətinə deyil, 3 il müddətinə sertifikatlaşdırmadan keçməməsi kimi yeniliklər nəzərdə tutulur. Bu dəyişikliklər hazırda Milli Məclisdə müzakirədədir;
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbuluna növbəti həftə ərzində start veriləcək. Bu il 10 minə yaxın vakansiya elan olunacaq;
- Növbəti 3 il ərzində məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyəti üzrə 17 000 nəfərin sertifikatlaşmaya cəlb olunması əsas hədəflərdəndir;
- Şagird sayı 500-dək olan 387, 500-dən çox olan 148 məktəbdə direktor vəzifəsi vakantdır;
- “2022-2026 Dövlət Proqramı” çərçivəsində hazırda 14 prioritet sahə üzrə dünyanın 18 ölkəsinə aid 107 xarici ali təhsil müəssisəsində 80 bakalavriat, 258 magistratura təhsil səviyyələrində olmaqla, ümumilikdə 338 nəfər tələbə təhsil alır.
Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
