“Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi
Təhsilin İnkişafı Fondu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsini elan edir.
Müsabiqənin məqsədi ulu öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarını dəstəkləməkdir.
İki mərhələdən ibarət olan müsabiqədə yerli ali təhsil müəssisələrinin bakalavr və magistrları aşağıdakı mövzulardan biri üzrə ideya və təkliflərini təqdim etməklə iştirak edə bilərlər:
- inklüziv təhsilin inkişafı;
- qeyri-formal təhsil metodları;
- təhsildə texnologiyanın tətbiqi;
- təhsildə idarəetmə.
I mərhələdə iştirakçılar tərəfindən hazırlanan təqdimatda məsələnin qoyuluşu, innovativ yanaşma və icra planı öz əksini tapmalıdır. Təqdimatlar mövzunun aktuallığı, faydalılığı, məzmun və dizayn kimi meyarlar üzrə qiymətləndiriləcək.
II mərhələdə iştirak hüququ qazanan namizədlər isə təkliflərini müsabiqə mövzuları üzrə peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim edəcəklər.
II mərhələnin meyarları (təqdimat bacarığı, fikirlərin əsaslandırılması və vaxtın idarəedilməsi) üzrə ən çox bal toplayan ilk 3 finalçı qalib olacaq. Təqdimat üçün maksimum müddət 7 dəqiqə müəyyən edilib.
Mükafatlandırılma aşağıdakı formada aparılacaq:
I yer – 1000 AZN
II yer – 750 AZN
III yer – 500 AZN
Müraciət üçün keçid: https://forms.gle/jCg2EvdUvBKVafJA7
Müraciət üçün son tarix: 27 aprel saat 18:00.
Qeyd: Təqdimatlar Azərbaycan dilində olmalıdır.
1 il əvvəl
Digər xəbərlər
-
Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib
05.11.2024 - 17:00 -
Ali və orta ixtisas təhsilində tədrisin təşkili, cari vəziyyət və yeni çağırışlar müzakirə edilib
05.11.2024 - 14:30 -
“Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlimlər davam edir
04.11.2024 - 15:46 -
Emin Əmrullayev Braziliyada bir sıra görüşlər keçirib
04.11.2024 - 11:18 -
“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib
02.11.2024 - 12:00