E-dərslik portalına milyondan çox giriş sayı
"Google Analytics"in 2020-ci il dekabr ayının statistik göstəricilərinə əsasən, elektron dərslik portalı (e-derslik.edu.az) Azərbaycanda ən çox müraciət olunan internet resursları sırasında 22-ci yerdədir. Təkcə ötən ilin dekabr ayı üzrə portalın aktiv istifadəçi sayı 420 min, ümumi giriş sessiyalarının sayı isə 1,4 milyonu əhatə edib.
Portala ən çox giriş edən ölkələr ABŞ, Almaniya, Birləşmiş Krallıq, Niderland, Fransa, Rusiya, Ukrayna, Polşa, Türkiyə, ölkədaxili regionlarımız isə Bakı, Sumqayıt, Gəncə şəhərləridir.
Hazırda portalda ümumi və peşə təhsili üzrə 600-ə yaxın elektron dərslik mövcuddur. Bu dərsliklər video, qrafika və digər multimedia vasitələri ilə zənginləşdirilib.
Daha geniş məlumat infoqrafikalarda təqdim edilir:
4 il əvvəl
Digər xəbərlər
-
III “Maarifçi” tələbə-məzun təcrübə proqramı üzrə müsahibədə 318 nəfər iştirak edəcək
27.05.2025 - 15:47 -
Azərbaycanın müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində mühüm sənəd imzalanıb
26.05.2025 - 17:00 -
Şəhid və aztəminatlı ailələrin övladları ilə görüş keçirilib
26.05.2025 - 12:55 -
Prezident İsmayıllı şəhərində “Talıstan” liseyinin binasının açılışında iştirak edib
26.05.2025 - 11:40 -
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb
23.05.2025 - 17:13