Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirlər

Məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

 

Uşaq-gənclər inkişaf mərkəzlərində “Unutsaq, unudularıq", "Tarixdən silinməyən faciə", "Xocalı – şəhid şəhər”, “Xocalı – bəşəriyyətə qarşı tarixi cinayət”, “Xocalı – qan yaddaşımız”, “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiyalar, “dəyirmi masa”lar, “açıq dərs”lər keçirilib, əl işləri və rəsmlərdən ibarət sərgilər təşkil olunub, eləcə də “Ana harayı” abidəsi ziyarət edilib. 

 

Tədbirlər zamanı uşaqların ifasında vətənpərvərlik mövzularında şeirlər səslənib, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.

 

Uşaq-gənclər idman-şahmat məktəblərində və idman liseylərində Xocalı soyqırımı ilə bağlı məktəblilər arasında müxtəlif idman növləri üzrə yarışlar və daxili birinciliklər keçirilib.

 

Qeyd olunan tədbirlərə 2000-dən çox iştirakçı qatılıb. 

 

Tədbirlərin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, xalqımıza qarşı törədilən cinayətlər barədə onlara məlumat vermək və soyqırımda həlak olanların xatirəsini ehtiramla yad etməkdən ibarətdir.


3 il əvvəl