Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçiriləcək

İyunun 1-də “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı keçiriləcək. Türkdilli dövlətlərin uşaq rəqs qrupları arasında keçirilən festival Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şuşada baş tutacaq.  

 

Beynəlxalq rəqs festivalının təşkilində məqsəd uşaq və gəncləri dünyaşöhrətli siyasətçi Heydər Əliyevin türk dünyası ilə bağlı gördüyü işlər haqqında məlumatlandırmaq, türkdilli dövlətlərin gənc nəslinə ölkəmizi tanıtmaq, uşaqları bir-birlərinin milli adət-ənənələri ilə tanış etmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdan ibarətdir.  

 

Festivalda 150-yə yaxın məktəblinin müxtəlif rəqs nömrələri ilə səhnədə çıxışları olacaq, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, 300-ə yaxın məktəbli isə tamaşaçı qismində iştirak edəcək. 

  

Layihə çərçivəsində festival iştirakçıları 28 may – 3 iyun tarixlərində Bakı və Şuşa şəhərlərində təşkil edilən ekskursiyalarda da iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə yaxından tanış olacaqlar. 


3 il əvvəl