Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İyunun 3-də Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilib.
Konfrans “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi tərəfindən təşkil olunub. Konfransda Ağstafa, Tovuz, Qazax rayonlarının məktəb direktorları, təhsil şöbələrinin işçiləri, müəllimlər, habelə, Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin bu sahə üzrə tərəfdaş təşkilatları, Bakı şəhərindəki orta məktəblərdən İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər iştirak ediblər.
Konfransda çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova informasiya texnologiyaları vasitəsilə tədrisin daha yüksək səviyyədə qurulmasının vacibliyini vurğulayıb və Ağstafa rayonunda təhsilin informasiyalaşdırılmasına xüsusi diqqət yetirildiyini qeyd edib.
Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov öz çıxışında Dövlət Proqramı çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verib. Təhsil sisteminin informasiyalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanıldığını nəzərə çatdıran S.Məmmədov Azərbaycanın digər regionlarında da belə konfransların keçiriləcəyini bildirib.
Konfransda “Mədəd” təşkilatının icraçı direktoru Elbrus Zərbəliyev “Tədrisdə yeni imkanlar, dünya təcrübəsindən istifadə” mövzusunda təqdimatla çıxış edərək diqqətə çatdırıb ki, bugünədək “Mədəd” təşkilatı 2 mindən çox orta məktəbdə çalışan 40 mindən artıq pedaqoji işçi və inzibati idarəetmə heyətinə treninqlər keçib.
AZEDUNET təşkilatının direktoru Səməd Abbasov Azərbaycan təhsil şəbəkəsi haqqında geniş məlumat verərək vurğulayıb ki, vahid təhsil şəbəkəsinin mövcudluğu təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verir. Hazırda 500 təhsil müəssisəsinin Azərbaycan təhsil şəbəkəsinə qoşulduğunu qeyd edən təşkilat direktoru cari ildə daha 500 təhsil müəssisəsinin bu şəbəkəyə qoşulacağının nəzərdə tutulduğunu açıqlayıb.
Konfrans çərçivəsində “Elektron təhsil resursların yaradılması”, “İnternet tədris vasitəsi kimi”, “Elektron məktəb”, “İntel-Gələcək üçün təhsil” layihələri və “İnnovativ müəllim” müsabiqəsi mövzularında dəyirmi masalar keçirilib.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
